Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: TrustLux MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: 2021-05-26 DEADLINE: 2021-06-24

Vakansiyanın adı: Satış təmsilçisi

Şirkətin adı: TrustLux MMC

İş barədə məlumat:

- 25-35 yaş arası namizədlərə üstünlük verilir.
- Yalnız kişi namizədlər tələb olunur.
- Təhsil orta-ali tələb olunur.
- Satış sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlər tələb olunur.
- Azərbaycan dilini sərbəst bilən namizədlərə üstünlük verilir.
- B və ya BC kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
- Şirkət tərəfindən avtomobil ilə təmin edilir.
- Nahar şirkət tərəfindən təmin edilir.
- Korporativ nömrə şirkət tərəfindən təmin edilir.
- Rayonlara ezamiyyəyə getməyə açıq olmalıdır.

İş qrafiki:

- Bazar ertəsi-Cümə: 10:00-dan 17:00-a dək
- Şənbə: 10:00-dan 15:00-a dək
- İstirahət günü: Bazar günü

Namizədə tələblər:

- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Müştərilərlə görüşlərin təşkil olunması.
- Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Şirkətin santexnika məhsullarının müştərilərə tanıdılması.
- Şirkətin satış həcminin artırılmasına dəstək.
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.
- Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır.
- Satış həyata keçirən namizədlər əsas maaşdan əlavə bonuslarla da təmin ediləcəklər.
- Nizamlı, düzgün, işində dəqiq, stressə davamlı olması.
- Satış texnikası və müştəri məmnuniyyəti standartlarına riayət etməklə satışı həyata keçirmək.
- 3 ay sınaq müddəti 1 ay anbarda fəhlə olaraq, 1 ay mağazada satıcı olaraq, 1 ay satış təmsilçisi yanında ərazidə keçiriləcəkdir.
- Şəkilsiz CV-lərə baxılmır.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini info.azguven@gmail.com ünvanına mövzuda “Satış təmsilçisi” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP