Ofis inzibatçısı (Gəncə)
 
JOB TITLE: Ofis inzibatçısı (Gəncə)
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: N/A DEADLINE: 2021-06-24

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizsə, sizi peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Ofis inzibatçısı (Gəncə ofisi)

Öhdəliklər:

• Ofis daxili inzibati işlərin təşkili;
• Gələn zənglərin qəbulu və yönləndirilməsi;
• Lazımi ofis ləvazimatlarının vaxtında alınması;
• İşgüzar yazışmaların aparılması;
• Qonaqların qarşılanması və yola salınması;
• Görüşlərin təşkili;
• Ofis əməkdaşlarının koordinasiyasını təşkil etmək;
• Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası.

Tələblər:

• Ali təhsil;
• MS Excel,MS Word və Outlook proqramlarından sərbəst istifadə edə bilmə bacarığ;
• Ünsiyyət qurma və izah etmə qabiliyyəti;
• Məsuliyyətli, və komandada işləmə qabiliyyəti;
• Detallara qarşı diqqətlilik, təşkilatçılıq.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Ofis inzibatçısı – Gəncə” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 25.06.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP