Satış Şöbə Müdiri
 
JOB TITLE: Satış Şöbə Müdiri
EMPLOYER: My Food MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: N/A DEADLINE: 2021-06-24

MY FOOD MMC

Tələblər:

- Ali (İdarəetmə və İqtisadiyyat sahəsində), Magistr dərəcəsi üstün tutulur
- Şəxsi avtomobili olmalıdır ( xərclər və yanacaq şirkət tərəfindən qarşılanır )
- 30 yaşdan yuxarı
- Cinsi Fərq etmir
- Aparıcı Şirkətlərdə 5 ildən yuxarı təcrübə (Marketinq və satış sahəsində olanlara üstünlük verilir,Qida satışı sahəsində olanlara əlavə üstünlük verilir)
- Professional etik davranışları, Gərgin şəraitdə işləmə bacarığı, Vicdanlılıq və ədalələtlilik prinsipini əsas tutmaq Dil bacarıqları Azərbaycan Rus dillərində danışıq və yazma qabiliyyəti olmalıdır.
- MS Word, MS Excel, MS PowerPoint, Təqdimat bacarıqları Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək
- Ehtiyac olduğu təqdirdə Şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək Fərdi İnkişaf Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir
- Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifələr:

Əsas funksiyaları

- Satış strategiyasının hazırlanması və icrasına nəzarət
- Bazarı (sorğu və tələbləri təhlil edir, onların motivasıyası və tərəddüdünü, rəqibin fəaliyyət növünü) və onun inkişaf tendensiyasının öyrənilməsi, bazar imkanlarının təhlil edilməsi
- Məhsul satışının, bazarda irəliləyişinin inkişaf sxemləri, forma, metod və texnologiyasının hazırlanması
- Şirkətin ümumi bazar strategiyasının hazırlanmasında iştirak
- Şirkətin satış strategiyasının hazırlanmasında iştirak)
- Biznes planları, razılaşma və müqavilələrin kommersiya şərtlərinin hazırlanmasına və reallaşdırılmasına nəzarət edilməsi və ola biləcək riskin dərəcəsinin qiymətləndirilməsi
- Məhsula olan tələbat məlumatlarıının toplanılması, onun dəyişmə səbəbinin (qalxma, enmələri) öyrənilməsi, istehlakçının tələblərinin təhlil edilməsi
- Satış nöqtələri şəbəkəsinin təşkil olunması və yaradılması üçün tədbirlər işləyib hazırlanılması və icrasının təmin edilməsi (istehlakçılara məhsulun çatdırılması üçün kanallarının qurulması, diler əlaqələrin inkişaf etdirilməsi).
- Məhsulun potensial və perspektiv alıcılarının (topdan və pərakəndə ticarət müəssisələri və digər vasitəçilər və s.) müəyyənləşdirilməsi və işgüzar əlaqələrin yaradılması.

İşlərin sənədlərşdirilməsi

- Müştərilərə Şirkətin sənədləşmə sisteminin qurulması
- Kontraktların bağlanılmasının idarə edilməsi təşkili
- Müştərilərə dizayn və memarlıq təkliflərinin verilməsinə nəzarət edilməsi.
- Satış Şöbəsinin idarə edilməsi - Öz strukturunun idarə edilməsini təmin etmək
- Satış sahəsində biznes proses və prosedurların hazırlanması
- Satış sahəsində inzibatçılığın təşkili və idarə edilməsi
- Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət və davamlı inkişaf etdirilməsinin təmini

Satış barədə hesabatçılıq

- Aylıq, Rüblük və İllik satış proqnozunun verilməsi
- Müştərilərə aid hesabatların hazırlanmasının təşkili
- Satış barədə hesabatların hazırlanmasının təşkili
- Müştərilərə barədə məlumatların toplanılması və qeydiyyatının idarə edilməsi
- Məlumatların arxivləşdirilməsinin təşkili Məhsul seçiminin idarə edilməsi
- Marketinq şöbəsi ilə bərabər məhsullara dair analizin aparılması
- Yeni məhsullara dair təkliflərin verilməsi
- Məhsul növləri üzrə seçimlərin aparılması
- Məhsullara müştəri münasibətinin öyrənilməsi və hesabatçılığı
- Müxtəlif xidmət növlərinə dair təkliflərin verilməsi

İş şəraiti:

- Rəsmi qaydada işlə təmin edilir
- Həftədə 6 (altı) günlük iş qrafiki
- İş yeri ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
- Əmək haqqı 1500-2500 azn (Tam formatda karta oturur)
- Məzuniyyət Qanunvericiliyin tələblərinə uyğun olaraq

E-mail: officemanager@myfood.com.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP