Bəyannaməçi
 
JOB TITLE: Bəyannaməçi
EMPLOYER: Horizon Consulting & Support Services DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: N/A DEADLINE: 2021-06-16

Horizon Consulting & Support Services” şirkəti maliyyə, mühasibatlıq, vergi, gömrük və qida təhlükəsizliyi sahəsində fiziki və hüquqi şəxslərə peşəkar məsləhət və dəstək xidmətləri göstərir.

Vəzifə: Bəyannaməçi (deklarant)
İş qrafiki: 10:00-18:00 / Bazar ertəsi – Cümə

Vəzifə öhdəlikləri:

- Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərinin düzgün və operativ şəkildə tərtib edilməsi;
- Gömrük bəyannamələrinin (qısa idxal, qısa ixrac, idxal, ixrac, sadələşdirilmiş) və bildirişlərinin (təkrar ixrac) elektron qaydada doldurulması, elektron imza ilə təsdiq olunması;
- Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənilməsi;
- Gömrük rüsumlarının hesablanması

Namizədə tələblər:

- Təhsil: Ali
- Yaş həddi: 23-35
- Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatı
- Dil bilikləri: Azərbaycan dili - səlis (şifahi və yazılı), rus və ingilis dili - yaxşı
- Texniki biliklər: “MS Office” proqramlar toplusundan sərbəst istifadə (xüsusilə Excel)
- Xüsusi biliklər: Azərbaycan Respublikasının gömrük qanunvericiliyi, “Incoterms” qaydaları
- Təcrübə: Müvafiq sahədə 1-3 il

Son müraciət tarixi: 15 iyun 2021-ci il

Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-lərini və ixtisas attestatlarını hr@horizongroup.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP