Mühafizə növbə rəisi
 
JOB TITLE: Mühafizə növbə rəisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-26 LAST UPDATED: 2021-06-03 DEADLINE: 2021-06-25

Vəzifə: Mühafizə növbə rəisi

Sahə: Kənd Təsərrüfatı
İş yeri: Gəncə ətrafı

İşin təsviri:

• Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
• Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
• Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
• Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
• Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
• Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
• İstehsal olunan və ya satılan məhsulların qorunması, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirməlidir.
• Şirkətdə baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
• Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir.
• Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir.
• İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
• Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.

TƏLƏBLƏR:

• 30-45 yaş həddi
• Təhlükəsizlik sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı

• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Sürücülük vəsiqəsi olmalı
• Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

Təminatlar:

• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
• Nahar ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühafizə” yazaraq regionagrommc@gmail.com ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP