(HVAC) Havalandırma, isitmə və soyutma sistemləri üzrə layihəçi mühəndis
 
JOB TITLE: (HVAC) Havalandırma, isitmə və soyutma sistemləri üzrə layihəçi mühəndis
EMPLOYER: Altus Engineering Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-26 LAST UPDATED: N/A DEADLINE: 2021-06-25

Vacancy: (HVAC) Havalandırma, isitmə və soyutma sistemləri üzrə layihəçi mühəndis

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

- Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki hesablamaları aparmaq;
- Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;
- Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamağ və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
- Ümumi layihələrə aid sənədlərin tərtib edilməsi (Forma 2, Smeta və.s);
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

İXTİSAS TƏLƏBLƏRİ

- Ali təhsil (Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi) olması;
- Müvafiq sahədə ən azı 3 il təcrübə;
- Kompüter bilikləri:
 - AutoCAD əla bilməli;
 - MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
 - 3D MAX, VRAY, Corel Draw arzu olunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ingilis dili arzu olunandır;
- Layihəyə nəzarət bacarığına malik olmalı;
- Komandada işləmə bacarığına malik olmalı.

İş şəraiti:

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Müraciət etmək üçün CV-lərinizi hr@altus-group.az ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP