5-11ci sinif məktəb fənləri üzrə müəllim
 
JOB TITLE: 5-11ci sinif məktəb fənləri üzrə müəllim
EMPLOYER: İMZA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-26 LAST UPDATED: 2021-05-27 DEADLINE: 2021-06-25

Vakansiya: 5-11ci sinif məktəb fənləri üzrə müəllim

“İMZA Group” MMC tədris mərkəzi 2021-2022 tədris ili üçün 5-11ci sinif məktəb fənləri üzrə müəllimlərin (Azərbaycan və Rus bölmələri) işə qəbulunu elan edir.

İŞƏQƏBUL AŞAĞIDAKI FƏNLƏR ÜZRƏ HƏYATA KEÇİRİLƏCƏK:

• Azərbaycan dili və ədəbiyyatı;
• Rus dili və ədəbiyyatı;
• İngilis dili;
• Riyaziyyat;
• Kimya;
• Biologiya;
• Tarix;
• Fizika;
• Coğrafiya;
• İnformatika.

MİNİMUM VAKANSİYA TƏLƏBLƏRİ:

• Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
• Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqları
• İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.)
• Sahə üzrə 1 il pedaqoji təcrübə

ƏSAS VƏZİFƏLƏR:

• Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək
• Dərs proqramını hazırlamaq
• Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq
• Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqlarının dərslərdə və dərslərə hazırlaşma mərhələlərində tətbiq etmək
• Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
• Tədris mərkəzinin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi

NAMİZƏDDƏ AXTARILAN XÜSUSİYYƏTLƏR:

• Şagirdlərlə fərdi və qrup şəklində işləmə həvəsi və bacarığı
• Pedaqoji kollektivlə işləmə bacarığı
• Pozitiv və effektiv ünsiyyət bacarıqları
• Özünü daim inkişaf etdirmə və öyrənmə istəyi

İŞ QRAFİKİ:

• 9:00-dan 21:00-dək; (Dərs saatlarına uyğun olaraq)
- Maraqlananlar http://bit.ly/İMZAməktəb  keçidinə daxil olub “Təlimçi kimi müraciət edin” bölməsini seçərək İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.
- Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən namizədlər açıq dərs mərhələlərinə dəvət olunacaq.

“İMZA Group” MMC Tədris şirkətinin xidmətləri barədə ətraflı məlumat əldə etmək üçün www.imzagroup.az səhifəsinə keçid edə bilərsiniz.

Son müraciət tarixi: 24 iyun 2021-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP