Satıcı
 
JOB TITLE: Satıcı
EMPLOYER: Lavinia MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-26 LAST UPDATED: 2021-05-26 DEADLINE: 2021-06-25

Lavinia MMC” Şirniyyat mağazasına satıcı vakansiyası üçün namizəd axtarışındadır:

Vəzifə təlimatı:

• Müştəriləri gülərüzlə qarşılamaq, mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
• Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
• Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
• Məhsulların saxlanma və yerləşdirmə qaydalarına əsasən vitrinə yığmaq;
• Şirkətin satış strategiyasına uyğun satış prosesini icra etmək;
• Kassir olmadıqda kassa əməliyyatlarını icra etmək;
• Mağaza daxilində təmizliyə, səliqəyə diqqət göstərmək.

Namizəd üçün tələblər:

• Müştəri ilə münasibətdə gülərüz və ünsiyyətcil olmalı;
• Satış bacarıqları olmalı;
• Çevik, aktiv və diqqətli olmalı;
• Təmizliyə, səliqəyə və gigenik qaydalara xüsusi riayət etməli;
• Fiziki olaraq sağlamlığı iş funksiyasına uyğun olmalı;
• Hərəkətli iş rejimində işləməyi bacarmalı;
• Rus dili biliyi arzuolunandır;
• Yaş: 20-30

İş şəraiti:

• İş qrafiki: növbəli qrafik əsasında
• Nahar şirkət tərəfindən ödənilir.
• Əmək haqqı: 350-400 AZN

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@lavinia.az elektron ünvanına göndərmələri xahiş olunur.

*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP