Aşbaz
 
JOB TITLE: Aşbaz
EMPLOYER: LALİGA LOUNGE CENTER DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-26 LAST UPDATED: 2021-05-31 DEADLINE: 2021-06-25

“LALIGA LOUNGE CENTER” “Aşbaz” vakansiyasını elan edir.

İşin Təsviri:

• Mətbəx menyusunun hazırlanması (Salat, Burger, Sendviç, Pizza);
• Menyuya daxil olan qidaların planlaşdırılması, seçilməsi və təşkil edilməsi;
• Menyuların, reseptlərin və tapşırıqların siyahısının rəhbərliklə dəqiqləşdirilməsi;
• Ərzaq xidməti işinin əlaqələndirilməsi, təşkil edilməsi və hazırlanması;
• Menyu üçün xammalın miqdarının müəyyən edilməsi və hazırlanması;
• Ərzaq üçün aydın, tam və şəraitə uyğun yoxlama işinin siyahısının hazırlanması;
• Alınan məmulatların kəmiyyətinin və keyfiyyətinin yoxlanılması;
• Dəqiq miqdarda və ərzaq xidmətinin mövsümü tələblərinə uyğun olaraq ərzaqların sifariş edilməsi;
• Ərzaq məmulatlarının xidmət üçün hazır vəziyyətdə saxlanılması;
• Hazırlanan yeməklər üçün tələb olunan tərkibin hesablanılması;
• Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə mu vafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq tərkibin çəkilməsi, ölçülməsi və qarışdırılması;
• Sobaların, ocaqların və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanılmasının və bişirilməsinin təmin edilməsi;
• Ərzaq və tərkibinin təzəliyini təmin etmək üçün onların keyfiyyətinin yoxlanılması, köhnə və yeni məmulatların izlənilməsi, eyni zamanda ehtiyatların yenilənməsi;
• Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzaqların bişirilməsi və eyni vaxtda bir neçə sifariş hazırlayan zaman hər bir müştəri tərəfindən verilən sifarişin dəqiq şəkildə hazırlanılması;
• Qalıq ərzaq məmulatlarının istifadəsi üçün yolların müəyyən edilməsi;
• Mətbəx ehtiyatlarına nəzarət edilməsi və ehtiyatlar azalan zaman administratora məlumat verilməsi;
• Ərzağın təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etmək məqsədilə yeməyin bişirildiyi sahələri, o cümlədən avadanlıqların, iş yerlərinin yoxlanılması və təmizlənilməsi;
• Yemək bişirilməzdən əvvəl və ya sonra mətbəxin, avadanlıqların təmizlənilməsi həmçinin iş yerində gigiyena, sağlamlıq və təhlükəsizlik normalarına riayət edilməsi;
• Menyular barədə gündəlik qeydlərin aparılması;
• İstifadə və təchiz edilən ərzağa dair qeydlərin aparılması.

Tələblər:

• Salat, Burger, Pizza və Sendviç hazırlamağı bacarmalı;
• Yeməklərin dadının ləzzətli olmasına və təqdimatın düzgün verilməsinə riayət etməli;
• İstifadə olunacaq tərkibin təmizliyinin yüksək keyfiyyətdə olmasına həmçinin son istifadə tarixinə nəzarət etməli;
• İşi tələb olunan vaxtda yerinə yetirilməli;
• Təşəbbüskar olmalı;
• Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırmalı;
• Ünsiyyət qurma bacarığı olmalı;
• Peşəkar olmalı;
• Mövcud reseptləri bilməli və özünü bu sahədə inkişaf etdirməli;
• Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi mütləqdir. İş şəraiti:
• İş qrafiki: Dəyişkəndir
• Həftədə 1 gün istirahət;
• Əmək haqqı 500-600 Azn;
• AR ƏM uyğun işə qəbul;
• Nahar şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər öz şəkilli cv-lərini hr.laliga@gmail.az elektron ünvanına mövzu yerinə “Aşbaz” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP