Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: A+Co ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-26 LAST UPDATED: N/A DEADLINE: 2021-06-25



“A+CO” ASC şirkəti “Hüquqşünas” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

• Hüquq sahəsində ali təhsil;
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili bilikləri (üstünlükdür);
• İrəli səviyyədə MS Office bilikləri;
• Şəxsi avtomobilin olması (yanacaq Şirkət tərəfindən təmin edilir)

Vəzifə öhdəlikləri:

• Standart müqavilə formalarını və beynəlxaq müqavilələe hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq;
• İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət və məhkəmə orqanlarına müraciətləri hazırlamaq, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədləri toplamaq və Şirkəti həmin orqanlarda təmsil etmək;
• Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəltmək və məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarları icra etmək;
• Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Hüquqşünas" yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP