Çağrı Mərkəzi təmsilçisi
 
JOB TITLE: Çağrı Mərkəzi təmsilçisi
EMPLOYER: Prime House DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-27 LAST UPDATED: N/A DEADLINE: 2021-06-26

Daşınmaz əmlak sahəsində qabaqcıl şirkətlərdən biri olan “Prime House” şirkəti Çağrı Mərkəzi təmsilçisi vəzifəsinə vakansiya elan edir. Şirkətimizə əməkdaş, özümüzə isə komanda yoldaşı axtarırıq. Aşağıdakı kriteriyalara cavab verən namizədlərin cv-sinə baxılacaqdır.

Vəzifə öhdəlikləri:

- Daxil olan zəngləri cavablandırmaq;
- Telefon vasitəsi ilə müştəri sorğularını idarə etmək;
- Müştərilərə şirkətimizin layihələri barədə məlumat vermək;
- Sistemə yeni müştəri məlumatlarını daxil etmək;
- Daxil olan zəngləri müvafiq şöbəyə yönəltmək;
- Sosial media üzərindən gələn mesajları cavablamaq;

Tələblər:

- Ali təhsilli və ya sonuncu kurs tələbəsi olan xanımlar;
- Azərbaycan və rus dili biliyi;
- Ofis proqramlarından anlayışı olmalı və sərbəst işləməyi bacarmalı;
- Səlis, aydın danışıq qabiliyyətinə sahib olmalı və ünsiyyət qurmağı bacarmalıdır;
- Öz üzərində daim çalışan və inkişafa meyilli namizəd olmalıdır;
- Komanda ilə işləmək bacarığına sahib olmalıdır;
- Yalnız xanım namizədlər.

İş haqqında məlumat:

- İş saatı: 10:00 – 18:00 (Tələbə namizədlərə uyğun qrafik formalaşdırıla bilər)
- Əmək haqqı: 300 AZN.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, təcrübə, karyera inkişafı, peşəkar kollektivdə çalışmaq və əmək haqqı artımı imkanı təqdim edirik. Maraqlanan şəxslər CV-lərini hr@primehouse.az elektron poçt ünvanına “Çağrı Mərkəzi Təmsilçisi” mövzusu ilə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP