Hüquqi məsələlər üzrə məsləhətçi
 
JOB TITLE: Hüquqi məsələlər üzrə məsləhətçi
EMPLOYER: Azerbaijan Poultry Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-27 LAST UPDATED: N/A DEADLINE: 2021-06-26

“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.

Vəzifə: Hüquqi məsələlər üzrə məsləhətçi

Vakansiya haqqında məlumat:

• Şirkətin fəaliyyətinin hüquqi məsələlərində Hüquq şöbəsinin müdirinin göstəriş və tapşırıqlarını yerinə yetirmək
• Şirkətin qanunauyğun fəaliyyətini təmin edən hüquqi qaydaların və proseduraların işlənib hazırlanması
• Hakimiyyət dairələri və tənzimləyici orqanlarla əlaqələrin saxlanması.
• Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
• Hüquqi sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması
• Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək
• Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi
• Hüquqi sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək
• Hüquq şöbəsinin müdirinə inzibati işlərdə yardım edilməsi
• Şirkətin məhkəmə işlərinin aparılması və məhkəmə qərarlarının icrasının təqib edilməsi, o cümlədən iddiaların, ərizələrin, vəsatətlərin və s. sənədlərin hazırlanması, məhkəmə qərarlarından şikayətlərin verilməsi, məhkəmədə təmsilçilik, məhkəmə qərarlarının icraı ilə əlaqədar icra orqanları ilə ünsiyyətin saxlanması, effektiv icra prosesinə nail olmaq üçün zəruri Tələblər:

Məsuliyyət

• Bu vəzifə təlimatı ilə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə, işə soyuq münasibətinə, hüquqa zidd hərəkət və ya hərəkətsizliyi nəticəsində istehsalata dəymiş zərərə görə Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyinin tələbləri hüdudunda;
• Öz vəzifələrinin icrası prosesində yol verdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının əmək, inzibati, mülki və cinayət qanunvericiliyi hüdudunda.

Hüquqları:

• Onun fəaliyyəti ilə bağlı müəssisənin rəhbərliyinin qərar layihələri ilə tanış olmaq;
• Bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş hüquq və vəzifə ilə bağlı işlərin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Vəzifəyə dair tələblər:

• Ali hüquq təhsili
• İngilis dili
• MS Office proqramları
• Ali hüquq təhsili
• 1-3 il müvafiq sahə üzrə iş təcrübəsi

Əməkhaqqı: 1000 AZN (gross)

Vakansiyaya uyğun olan namizədlər CV-lərini hr@apc.az ünvanına mövzuda Hüquqi məsələlər üzrə məsləhətçi yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP