Satış üzrə menecer
 
JOB TITLE: Satış üzrə menecer
EMPLOYER: Agro-West DC LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-27 LAST UPDATED: N/A DEADLINE: 2021-06-26

Vakansiya: Satış üzrə menecer
Şəhər: Gəncə, Ağcabədi-Bərdə,Lənkəran-Masallı
Fəaliyyət sahəsi: Satış
İxtisas: Satış üzrə menecer
İş qrafiki: Tam
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Təhsil: Ali

Vəzifə Təlimatı:

• Bölmə: Marketinq və Satış
• Əmək haqqı: 300 AZN (fiks) + bonus

Vəzifə Funksiyaları:

• Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analizi aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
• Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
• Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
• Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi;

Tələb olunan Professional Keyfiyyətlər:

• Ali təhsil marketing üzrə olanlara üstünlük verilir;
• Dil bacarıqları: Azərbaycan və Rus dillərini bilməsi üstünlükdür;
• MS Office proqramlarını bilməsi arzu olunandır;
• Satış və marketing üzrə minimum 1 il təcrübə;
• Soyuq satışların aparılmasında təcrübə;
• Şəxsi avtomobil və B,BC kateqoriyalı sürücülük vəsiqəsinin olması;

E-mail: hr@agrowestdc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP