PVC, dolğu və üzlük üzrə Operator/ Operator köməkçisi
 
JOB TITLE: PVC, dolğu və üzlük üzrə Operator/ Operator köməkçisi
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-27 LAST UPDATED: N/A DEADLINE: 2021-06-26

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: PVC, dolğu və üzlük üzrə Operator/ Operator köməkçisi (Kabel sexi)

Vəzifə öhdəlikləri:

- Kabel istehsalı zamanı işlədilən avadanlıqların işləmə prinsipinə, vaxtında işə düşməsinə və dayandırılmasına nəzarət etmək;
- Avadanlığın tam gücü ilə işlədiyinə əmin olmaq;
- Avadanlıq işə düşmədən kabel istehsalı prosesinin həyata keçirilməsi üçün xammalın hazır olmasından əmin olmaq;
- İstehsaldan sonra bütün boru xətlərinin və avadanlıqların təmizlənməsini təmin etmək;
- Şirkət siyasətinə, təlimatlarına və təhlükəsizlik qaydalarına müvafiq olaraq əməl etmək;
- Müvafiq qeydlərin aparılması və saxlanılmasını təmin etmək.
- PVC, dolğu və üzlük istehsal etmək üçün istifadə edilən qatqılardan anlayışı olmaq;

Tələblər:

- Kabel istehsalı üzrə 1 ildən artıq iş təcrübəsi;
- Zavodda işləmə təcrübəsi olan;
- Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Stressə dözümlülük, dürüstlük, komandada işləmə bacarığı.

İş şəraiti:

- Təcrübə: 1-3 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 550-800 AZN
- İş yeri: Binəqədi ray.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Operator/ Operator köməkçisi (Kabel)" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP