Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
EMPLOYER: Kristal Abşeron MTK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-29 LAST UPDATED: N/A DEADLINE: 2021-06-28

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Şirkət: “Kristal Abşeron” MTK

Müqavilə: Əmək müqaviləsi

Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Tələblər:

• Ali təhsil,
• Araşdırma, müqayisə edə bilmə bacarığı;
• Məsuliyyətlilik, Təqib etmə və analiz edəbilmə bacarığı Proqnoz verə bilmə bacarığı
• Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı;
• Yaş həddi 30-45

Vəzifə öhdəlikləri:

• Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq edir və prosesi təqib edir;
• Tikinti –quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir;
• Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirir;
• Keyfiyyət üzrə dövri qiymətləndirmələr və özünüqiymətləndirmə sistemləri hazırlayır;
• İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirlərin görür;
• Müayinə zamanı kritik qəraraları standart çərçivəsində dəyərləndirir;
• İstehsal prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən bərpaedici tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır;
• Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını alır;
• Gizli və üstüörtülü işlərin qəbulunu həyata keçirir, nəticələr müsbət olduğu halda müvafiq “gizli və üstüörtülü işlərin qəbulu akt”larını imzalayır;
• Tikinti sahələrində aşkarlanmış uyğunsuzluqların reystrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir;
• Yeni işə başlamış tikinti sahələrini lazımı normativ – texniki sənədlərlə təmin edir;
• Tikinti sahələrində işlərin keyfiyyətinə bilavasitə təsir edən işçilərin (qaynaqçıların) peşə-ixtisas uyğunluğunun təmin edilməsinə nəzarət edir;
• İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları İnşaat şöbəsinin rəisinə bildirir;
• Tikinti sahəsində işlər bitərkən, sahə rəisindən yekunlaşmış tikintiyə aid sənədlərin:
• Beton işləri və sair jurnalların, aktların, məktubların və s) aktlaşdırılaraq İnşaat şöbəsinə qəbul edilməsini və arxivə təhvil verilməsini təmin edir;
• Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərini Təchizat şöbəsindən əldə edir və bu sənədləri sistemləşdirir (bura armatur, beton və s. materialların laborator analizlərinin nəticələri və protokolları daxil edilir).
• İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə uyğunsuzluqları aşkarladıqda İnşaat Şöbəsinə məlumat verir;

İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək

Müraciət etdiyiniz vəzifənin adını hr@kristalabsheron.az email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP