Anbar mühasibi
 
JOB TITLE: Anbar mühasibi
EMPLOYER: Kristal Abşeron MTK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-29 LAST UPDATED: N/A DEADLINE: 2021-06-28

ANBAR MÜHASİBİ

Şirkət: “Kristal Abşeron” MTK

Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Tələblər:

• Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
• Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rüs dili - orta
• İstehsalat, tikinti və sənaye sahəsində minimum 1 il iş təcrübəsi
• Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
• MS Office ( Excell-yüksək səviyyədə)
• Yaş həddi: 23-40
• Satış və anbar arasındakı koordinasiyasını bilməli
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı

Vəzifə öhdəlikləri:

• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
• Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
• Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
• Anbar sayımı və stok nəzarətini həyata keçirmək

İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək

Müraciət etdiyiniz vəzifənin adını hr@kristalabsheron.az email-in mövzu hissəsində “Anbar mühasibi ” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP