Satış məsləhətçisi
 
JOB TITLE: Satış məsləhətçisi
EMPLOYER: Saloglu Mebel DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-29 LAST UPDATED: N/A DEADLINE: 2021-06-28

“Saloğlu” Fərdi Firması

Vəzifə: Satış məsləhətçisi (mebel satışı)

Namizədə tələblər:

• 25-35 yaş həddi
• Azərbaycan dili bilikləri, rus və ingilis dili arzuolunandır
• Satış sahəsində 1 ildən az olmayaraq təcrübə
• 1C, Microsoft Office proqramlarını bilməli
• Mebel satışı sahəsində təcrübəsi arzuolunandır
• Aktiv, inandırma və təqdim etmə qabiliyyəti olmalı
• Komandada işləmək bacarığı
• Karyerada yüksəliş imkanı

Vəzifə öhdəlikləri:

- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək.
- Tələbata uyğun olaraq müştərilərə düzgün seçim etməyə köməklik göstərmək.
- Qüvvədə olan kampaniyaların şərtlərini mağaza heyətinə düzgün formada çatdırmaq və icrasını düzgün formada təmin etmək.
- Alıcılara qiymətlər və kredit/taksit əməliyyatları haqqında ətraflı məlumat vermək.
- Satış zamanı sifariş formunu düzgün şəkildə tərtib və mövcud proqrama düzgün formada daxil edilməsinə nəzarət.
- Mağaza standartlarının və reqlamentlərinin təmin edilməsinə, həmçinin qorunmasına nəzarət etmək.
- Satışında yaranmış problemləri operativ həll etmək, həll edə bilmədiyi problem barəsində rəhbərinə dərhal məlumat vermək.
- Mağazada nümayiş olunan məhsullarının səliqəliliyinə, tamlığına nəzarət etmək.

İş vaxtı:

Həftənin 6 günü saat 09:30-dan 19:00-dək
Həftə içi 1 gün istirahət günü

Əmək haqqı 300 AZN + Bonus (1 %-dək)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində cv@saloglu.com elektron ünvanına mövzu yerinə “Satış məsləhətçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP