Ofisiant
 
JOB TITLE: Ofisiant
EMPLOYER: Papa John’s DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-29 LAST UPDATED: N/A DEADLINE: 2021-06-28

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Daha yaxşı inqrediyentlər daha yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələsi “Ofisiant” vakansiyasını elan edir:

Tələblər:

- Komandada işləmək bacarığı.
- İşə qarşı məsuliyyətli olmaq.

Öhdəliklər

- İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
- Masalara qab-qacağı, yemək-içməyi düzür (servirovka) və vaxtında masanı yığışdırır. Restoranda və ona bitişik ərazidə təmizliyi və nizam-intizamı təmin edir.
- Süfrə və əl silən salfetləri çirkləndiyi zaman vaxtında dəyişdirir. Ədviyyat ləvazimatlarını gündəlik yoxlayır və doldurur.
- Masa süfrəsini müştəri gedən kimi tozsoranla təmizləyir və onu növbəti müştəri üçün hazırlayır.
- Müştəriyə, yeməklərin və içkilərin seçilməsində peşəkar surətdə kömək edir. Sifarişçini, sifariş edilən yeməklərin hazırlanma vaxtı ilə tanış edir.
- Sifariş edilən yeməyi müştəriyə gətirir.
- “Haqq-hesab” üzrə sifarişin son məbləğini çıxardır.
- Haqq-hesabı müştəriyə təqdim edir və onunla sifarişə görə tam hesablaşmanı aparır.
- “Haqq-hesabları” vaxtında xəzinədara, qeyd edilməsi üçün təhvil verir.
- Zalda təmizliyi saxlayır.

İş Şərtləri

- 6 günlük iş həftəsi.
- Növbəli iş rejimi.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
- Forma şirkət tərəfindən təqdim olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Ofisiant” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP