Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Ikma DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-31 LAST UPDATED: N/A DEADLINE: 2021-06-16

Mühasib

2005-ci ildə əsası qoyulan IKMA şirkəti Azərbaycan və Gürcüstan bazarında ən böyük və uğurlu lift şirkətlərindən biridir. İKMA Finlandiya markası olan və sahəsi üzrə dünyanın ilk 3 – lüyündə yer alan KONE brendinin 15 ildən artıq bir müddətdə rəsmi distribyutorudur. Belə ki, Respublikamızda dövlət əhəmiyyətli müəssisələr, ticarət və iş mərkəzləri, premium yaşayış komplekslərindəki avadanlıqlar İKMA şirkətinin peşəkar işçi heyəti tərəfindən təchiz edilib.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə İKMA komandasının fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Tələblər:

- Təhsil: Ali (İqtisadi)
- İş təcrübəsi: 5 il iş təcrübəsi olan;
- Kompüter bilikləri: 1C Proqramını (Micro Proqramını) və MS Office yaxşı səviyyədə bilməsi.

İşin təsviri:

- Təşkilatlara vergi hesab-fakturaların yazılması və təqdim edilməsi;
- Ödəniş tapşırıqlarının tərtibatı;
- Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işlənməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icrası;
- Mühasibatlıqda kargüzarlıq işinin aparılması;
- İşçilərin əmək haqlarının və digər ödənişlərin hesablanması
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat ucotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim etdirilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
- lkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
- Xəzinədara aid bütün funksiaların yerinə yetirilməsi;

Şəxsi keyfiyyətləri:

- İşə planlı yanaşmaq bacarığı;
- Analitik təhlil qabiliyyəti;
- Yüksək ünsiyyət bacarığı,təmkinlilik,etibarlılıq,özünəinamlılıq;
- Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə),
- Məsuliyyətlilik, kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü

Son müraciət tarixi: 15.06 2021 – ci il

Əgər bizim axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi joinus@ikma.com elektron ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP