Müxtəlif vəzifələr
 
JOB TITLE: Müxtəlif vəzifələr
EMPLOYER: LIBRAFF MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-31 LAST UPDATED: N/A DEADLINE: 2021-06-30

2017-ci ildə əsası qoyulan “LIBRAFF” MMC - modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin 5 filialı Bakıda, 1 filialı isə Gəncə şəhərində fəaliyyət göstərir.

“LIBRAFF” MMC-nin nəzdində “STORİES COFFEE” şəbəkəsi xidmət göstərir.

Hal-hazırda şirkətimizdə aşağıdakı vakansiyalar mövcuddur:

1. Anbardar
2. Barista
3. Satış üzrə məsləhətçi (Bakı və Gəncə filialları üçün)

Seçim zamanı üstünlük veriləcək:

• Müvafiq sahə üzrə təcrübəsi olan,
• Azərbaycan dilini mükəmməl, danışıq səviyyəsində rus və ingilis dillərini bilən,
• Müştərilərlə işləməyi bacaran,
• Və nəhayət - kitabları sevən namizədlərə 

Biz nə təklif edirik?

• AR Əmək Qanunvericiliyə uyğun iş rejimi (həftəlik 40 saat)
• Sınaq müddətindən sonra əmək haqqıda dəyişiklik və bonusların verilməsi (satış sahəsində)
• Gənclərdən ibarət mehriban kollektiv
• LİBRAFF və STORİES COFFEE məhsullarına endirim

Müraciət etmək istəyən namizədlər vakansiya adını (mütləq şəkildə) qeyd etməklə CV-ləri human.resources@libraff.az ünvanına yollaya bilərlər.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP