Layihələrin koordinasiyası şöbəsinin rəhbəri
 
JOB TITLE: Layihələrin koordinasiyası şöbəsinin rəhbəri
EMPLOYER: PASHA Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-01 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23

“PAŞA Sığorta” ASC namizədləri “Layihələrin koordinasiyası şöbəsinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq görüşlərin/təlimlərin keçirilməsi;
• Layihə iştirakçıları arasında fasilitasiya yanaşmasının tətbiqi;
• Layihələrdə baş tutmuş dəyişikliklər üzrə gündəlik hesabatları nəzərdən keçirmək və department rəhbərinə təkliflər hazırlamaq;
• Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsini təmin etmək;
• Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması;
• Təsdiq olunmuş planlaşdırma çərçivəsində gündəlik, həftəlik görüşlərin təşkili və təyin olunmuş hədəflərin təhlil olunmasına nəzarət etmək
• Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış, şirkət üçün əhəmiyyət kəsb edən digər işləri icra etmək.

BİLİKLƏR

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
• Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək;

TƏCRÜBƏ

• Layihələrin İdarəolunması sahəsində minimum 5 il iş təcrübəsi; o cümlədən minimum 2 il idarəçilik təcrübəsi

BACARIQLAR

• Güclü kommunikasıya bacarığı.
• Güclü idarəetmə və təqdimat bacarığı,
• Beynəlxalq təcrübədə qəbul edilən layihə və proses metodologiyaları üzrə biliklər.
• Problem həll etmə bacarığı.
• Təşəbbüskarlıq;
• Stressli vəziyyətlərdə həll etmək qabiliyyəti;
• Komandada işləmək bacarığı;

Son müraciət tarixi: 22 iyun 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP