Ofisiant
 
JOB TITLE: Ofisiant
EMPLOYER: Prive Steak Gallery Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: N/A DEADLINE: 2021-07-02

HAQQIMIZDA

2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.

MİSSİYAMIZ

Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !

VİZYONUMUZ

Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq !

Vakansiya : Ofisiant
İş yeri - Prive Steak Gallery
Ünvan:Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki- həftədə 6 gün

Əmək haqqı- 700 - 800 AZN +%

Öhdəliklər

- Qonaqlardan sifarişləri diqqət və nəzakətlə qəbul etmək
- Qonaqlara nümunəvi xidmətin göstərilməsini təmin etmək.
- Masaların təmizliyinə riayət etmək və.s
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək

Tələblər

- 20-30 yaş arası bəy və xanım namizədlər
- Xoş görünüş, gülərüzlük, səmimiyyət, operativlik, çeviklik
- Restoran sahəsində minimum 3-5 illik iş təcrübəsi
- İngilis dili mükəmməl, Rus dili mükəmməl,
- Steyk və içki biliyinin olması tələb olunur.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com e-mail ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP