İnşaat Mühəndisi
 
JOB TITLE: İnşaat Mühəndisi
EMPLOYER: Crocus Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: N/A DEADLINE: 2021-07-02

“Crocus Construction” MMC İnşaat Mühəndisi vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.)
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək və s.;

Namizədə tələblər:

- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandada işləmək bacarığı;

İş yeri:

- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:

- I-VI günlər
- Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:

E-mail: recruitment@seabreeze.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP