Resepşn
 
JOB TITLE: Resepşn
EMPLOYER: Qala Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: 2021-06-21 DEADLINE: 2021-07-02

“Qala Sığorta” ASC

Hazırda şirkətimizə ön masa təmsilçisi (Resepşn) vəzifəsi üçün komandamıza yeni üzv axtarırıq.

Əsas vəzifə və öhdəliklər:

- Şirkət daxili işlərin kordinasiya edilərək tələb olunan fəaliyyətin təmin edilməsi;
- Şirkətə gələn ziyarətçi, qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
- Daxil olan sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların ilkin qeydiyyatının aparılması,ötürülməsi və saxlanılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;

Tələblər:

- Azərbaycan və Rus dili bilikləri vacibdir;
- İngilis dili biliyi üstünlükdür;
- MS Office kompüter proqramları üzrə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Öyrənmək və inkişaf etmək həvəsi;
- Yaş həddi: 20 - 27 yaş

İş şəraiti:

- Həftədə 5 iş günü
- Əmək haqqı: razılaşma yolu ilə
 -Müqavilə: Əmək müqaviləsi

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221/14

CV-lərinizi (foto mütləqdir) mövzu xanasında “Resepşn” qeyd etməklə office@qala-insurance.az ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP