Avto Elektrik
 
JOB TITLE: Avto Elektrik
EMPLOYER: Open Networks DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: 2021-06-02 DEADLINE: 2021-07-02

AVTO ELEKTRİK: (Peyk Monitorinq Avadanlığının Quraşdırılması Üzrə)

(PEŞƏKAR VƏ TƏCRÜBƏÇİ)

Open Networks şirkəti heyətinə üzv olacaq, texniki təcrübəsindən daha çox şəxsi keyfiyyətləri ilə seçilən, öyrənməyə və özünü inkişaf etdirməyə meyilli və şirkətin böyüməsinə töhfə verəbiləcək Avto Elektrik və Avto Elektrik üzrə Təcrübəçi vəzifəsinə namizədlərin axtarışındadır. Peşəkar təcrübəsi az olub düzgün şəxsi keyfiyyətlərə malik olan namizəd üçün vəzifələrini uğurla yerinə yetirmək məqsədi ilə Open Networks şirkəti bütün lazımi təlim və təcrübəni təmin edəcəkdir. İşə qəbulda açıq və şəffaf üstünlük şəhid, məcburi köçkün, qaçqın və aztəminatlı ailələrinin üzvləri və dövlət uşaq müəssisələrinin məzunları olan vətəndaşlara veriləcəkdir. Namizədlər milli, dini, irqi, cinsi mənsubiyyətindən, iqtisadi və sosial rifahı, əqli və fiziki imkanlarından asılı olmayaraq müraciət etməyə dəvət edilir.

Yerləşmə: Bakı şəhəri (bölgələrə səfərlər)
Məşğulluq Növü: Tam-ştat (xidmət müqaviləsi)
İş Saatları: 9:00-18:00
İş Həftəsi: 5 gün (Bazar ertəsi - Cümə)

Vəzifə Öhdəlikləri:

• Cihazların quraşdırılması üçün hazırlanması
• Cihazların nəqliyyat vasitələrinə quraşdırılması
• Cihazların nəqliyyat vasitələrinə elektrik bağlantısı
• Quraşdırmadan əvvəl və sonra cihazların sınağı

Namizədlər üçün tələblər:

• Avto Elektrik işində təcrübə və ya
• Avto Elektrik ustası yanında təcrübə (3 ay)
• Öyrənmək və peşəkar inkişaf etmək istəyi
• Biri tərəfindən təsdiqlənə biləcək şəxsi keyfiyyətlər (usta, müəllim, həmkar, himayədar)
• Mövcud olan və ya tələb olunduğunda açılacaq Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)

Əlavə Tələblər (mütləq deyil):

• Texniki və ya Peşə Təhsili
• Sürücülük vəsiqəsi

İlkin Əmək Haqqı və Üstünlüklər:

İlkin Əmək Haqqı: 300 AZN
Mobil rabitə müavinəti: 20 AZN
Nəqliyyat xərcləri: İş məqsədləri ilə tələb olunan qədişlər şirkət tərəfindən ödənilir
Təlimlər: peyk naviqasiya cihazlarının quraşdırılması və idarə edilməsi

Müraciət etmək üçün aşağıdakı Müraciət Formasını dolduraraq Whatsapp-la (+994 77 220 53 14) və ya elektron poçtla (info@networks.com.az) göndərin.

Müraciət forması:

1 Ad və soyad:
2 Anadan olduğunuz tarix və yer:
3 Telefon nömrəniz:
4 Cari yaşayış ünvanınız:
5 İlk təhsil müəssisəsinin adı (mütləq deyil)
6 İkinci təhsil müəssisəsinin adı (mütləq deyil)
7 Üçüncü təhsil müəssisəsinin adı (mütləq deyil)
8 Avto Elektrik vəzifəsində işlədiyiniz ay və ya illərin sayı
9 Avto Elektrik ustası yanında təcrübənizin ay və ya il sayı
10 Digər iş təcrübəsi haqqında məlumat
11 Şəxsi keyfiyyətləriniz barədə rəy verəcək şəxsin adı
12 Rəy verəcək şəxsin sizə əlaqəsi (müəllim, usta və s.)
13 Keyfiyyətləriniz barədə rəy verəcək şəxsin əlaqə nömrəsi
14 Şəhid, məcburi köçkün, qaçqın, uşaq müəssisələrinin məzunu, və ya aztəminatlı bir aliləyə əlaqənizi bildirə bilərsiniz:
15 Azərbaycanın bölgələrinə sərbəst səfər edə bilərsinizmi?
16 Etibarlı sürücülük vəsiqəniz varmı?
17 Hazırda və ya əvvəl avtomobiliniz olubmu?

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP