Digital media specialist
 
JOB TITLE: Digital media specialist
EMPLOYER: NetAnt DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: 2021-06-02 DEADLINE: 2021-07-02

Digital media specialist

Digital media sahəsində “qarışqa” axtarırıq.

NetAnt Azərbaycanda fəaliyyət göstərən aparıcı internet-reklam agentliklərindən biridir. Komandamızda işləmək üçün çalışqan rəqəmsal marketinq mütəxəssisi axtarırıq.

Həm təcrübəli, həm də təcrübəsi olmayıb amma bu sahəyə çox marağı olan perspektivli gəncləri axtarırıq.

İş barədə məlumat

- Xarici və yerli müştərilərlə əsasən e-mail üzərindən ünsiyyət
- MÜştərilər üçün prezentasiyaların, keçirilmiş kampaniyaların hesabatlarının hazırlanması
- Strateji və taktik media planların tərtibi və icrası
- İnternet-reklam (sosial media, pullu axtarış, banner, online video və s.) sahəsində müştərilərin sorğularının təmin edilməsi
- Kreativ və media komandaları ilə daimi təmasda olmaq

İş şəraiti

- Həftədə 5 gün, saat 10.00-dan 18.00-dək
- Şəhərin çox əlverişli yerində, İçərişəhər metrosuna yaxınlıqda iş yer
- Gülərüz, mehriban və hay-küylü kollektiv
- Əsasən böyük şirkətlərlə işləmək, beynəlxalq təcrübə qazanmaq imkanı
- Əmək haqqı: işçinin bilik və bacarığından asılı olaraq maaş dəyişə bilər. Yaxşı iş performansı olduqda yarımillik və illik mükafatlar verilir

Tələblər

- Marketinq və reklam dünyası haqqında bilikli olmaq
- Həm yazılı, həm də şifahi əla ünsiyyət qurmaq qabiliyyəti
- Google Ads, Facebook ads, yerli saytlarda banner-reklamı yerləşdirmək, veb-analitika kimi sahələrdən xəbərdar olmaq
- Azərbaycan dilini əla, ingilis və rus dillərini isə yaxşı bilmək. Xarici dili mükəmməl səviyyədə bilmək əlavə üstünlükdür
- Google Ads, Google Analytics sertifikatlarının, xarici onlayn-kurslarda təlimin keçməsi əlavə üstünlükdür
- Xanım namizədlərə, iqtisadiyyat, texniki ixtisaslar, riyaziyyat və s. sahələrdə məzun olmuş gənclərə üstünlük verilir.

Maraqlanan şəxslər öz CV-lərini info@netant.az ünvanına “Digital media specialist” başlığı ilə göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP