Mexanik
 
JOB TITLE: Mexanik
EMPLOYER: Karvan - L DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: N/A DEADLINE: 2021-07-02

Mexanik

İş barədə məlumat:

- Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir.
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir, aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabatları təqdim etmek; mexaniklərin və çilingərlərin telimatlandırılması və onların işlərinə nəzarət edir.
- Təmir edilmiş texnikanın istismara buraxılmadan qabaq bütün texniki vəziyyetini əsaslı surətdə yoxlamaq, sınaqdan keçirmək və işə yararlığını müəyyen etmək.
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq.
- Texnoloji proseslərin aparılması qaydasını bilməli.
- İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
- Tabeçiliyində olan işçi heyətə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir
- Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək
- Daxili prosedurlara və nizam intizam qaydalarına riayət etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.

Namizədə tələblər

- Təhsil – Ali
- Cinsi: Kişi
- Yaş: 30-50
- Elektro-mexaniki biliklər
- Mexanik sahəsində təhsil və ən azı 5-10 il iş təcrübəsi
- Operativ və nizam-intizamlı olmaq
- Məsuliyyətli və komandada işləmək bacarığı.

İş qrafiki:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Nahar şirkət tərəfindən verilir.
- Telefon nömrəsi ilə təmin edilir.
- Ünvan: Bakı şəh. Babək pr.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mexanik" yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP