Marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə mütəxəssis
EMPLOYER: Karvan - L DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: N/A DEADLINE: 2021-07-02

Marketinq üzrə mütəxəssis

İş barədə məlumat:

• Şirkətin xidmət sahəsi haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq,
• Müştəri və müvafiq sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi.
• Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi, kampaniyalarla bağlı təkliflərin verilməsi,
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
• Yeni ideyalar yaradaraq uğurlu marketinq kompaniyalarını həyata keçirmək və idarə etmək.
• Əsas partnyorlarla strateji əlaqələr qurmaq.
• Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.
• Xarici dövlətlərin satış şirkətləri ilə əlaqələr qurmaq, partnyorluq əlaqələri yaratmaq, müqavilələr imzalamaq,
• Satışın artırılması üçün təkliflərin hazırlanması.
• Şirkətin bazarda təqdim etdiyi bütün növ xidmət, tərəvəz və başqa məhsullarının reklamını təşkil etmək.
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
• E-mail marketinq sahəsində mütəmadi olaraq konseptlərin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir.
• İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir.
• Müştərilərdən gələn sorğuları cavablandırır;

Tələblər:

- Təhsil : Ali (İqtisadiyyat, Marketinq və ya Biznes idarəçiliyi üzrə)
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili mütləq əla səviyyədə.
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.

İş qrafiki:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Nahar şirkət tərəfindən verilir.
- Telefon nömrəsi ilə təmin edilir.
- Ünvan: Bakı şəh. Babək pr.
- Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq üzrə mütəxəssis" yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP