Layihə üzrə menecer
 
JOB TITLE: Layihə üzrə menecer
EMPLOYER: Pizza Mizza DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: N/A DEADLINE: 2021-07-02

Pizza Mizza Restoranlar şəbəkəsi “Layihə üzrə menecer” vakansiyanını açıq elan edir!

Layihələr üzrə menecer olaraq sizin vəzifə öhdəlikləriniz:

• Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
• Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək;
• Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq; hər hansı bir tərəqqi və irəliləyişlərin izlənilərək monitorinqini aparmaq üçün layihənin dəqiq planını hazırlamaq;
• Layihə və təşəbbüslər barədə məlumatları və yenilikləri bütün əlaqəli şəxslərə çatdırmaq;
• Layihələrin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin / təchizatçıların fəaliyyətini koordinasiya etmək; resursların mövcudluğunu və bölüşdürülməsini təmin etmək;
• Bütün layihələrin vaxtında, əhatə dairəsi və büdcə çərçivəsində icra olunduğunu təmin etmək;
• Bütün maraqlı tərəfləri cəlb etməklə və texniki imkanları təmin etməklə layihənin əhatə dairəsi və hədəflərinin müəyyənləşdirilməsində kömək etmək;
• Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin həcminə, layihə cədvəlinə və layihə xərclərində müvafiq dəyişiklikləri idarə etmək;
• Müvafiq layihə idarəedilməsi və monitorinqi vasitələrini, metodlarını müəyyən etmək və tətbiq etmək;
• Layihələrin icra hesabatları formasını müəyyən etmək, hazırlayır və mütəmadi hesabatların təqdim edilməsini təmin etmək;
• Şirkətdə layihə və prosesləri ayırd etmək;
• Lahiyələr üzrə müvafiq kommunikasiya planını hazırlamaq və icra etmək;
• Potensial və şirkətdaxili sifariş edilmiş layihələr üçün büdcə, insan resursları və s. tələbləri proqnozlaşdırmaq;
• KPİ sisteminin departamentlər və filiallar üzrə qurulmasında iştirak etmək;

Vəzifənin tələbləri:

• Ali təhsil;
• Layihələrin idarə edilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan (səlis) və Rus (səlis) dillərini bilmək;
• MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
• Layihələri idarə etmə bacarığı (PMP və / və ya Prince 2 sertifikatı üstünlükdür).
• Mükəmməl ünsiyyət bacarıqları;
• Maliyyə, satınalma, logistika, hüquq prinsiplərini anlamaq
• Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək

Əlavə məlumat:

• Əmək haqqı barədə məlumat müsahibə əsasında bildirilir
• İş qrafiki:10:00-19:00
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
• Nahar şirkət tərəfindən təmin olunur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pizzamizza.az elektron ünvanına, mövzu hissəsində “Layihə üzrə menecer” qeyd edərək göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP