Mikro Kreditlərin təhlili bölməsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
 
JOB TITLE: Mikro Kreditlərin təhlili bölməsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-02 LAST UPDATED: N/A DEADLINE: 2021-07-02

Kapital Bank namizədləri Kredit Anderrayting Departamentinin Mikro Kreditlərin təhlili bölməsinin mütəxəssisi, aparıcı mütəxəssisi və baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
• Müraciətlər əsasında mikro sahibkarlıq subyektləri üzrə kreditləşmə, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirir və onlar barədə rəy verir;
• Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır;
• Müvafiq Kredit Komitələrində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;

Tələblər :

• Mikro kredit sahəsi üzrə minimum 2 il bank təcrübəsi
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;
• MS Office proqramları ilə işləmə bacarığı
• Excel proqramı üzrə mükəmməl biliklər, hesabatların hazırlanması bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP