Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis
 
JOB TITLE: Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis
EMPLOYER: TBC Kredit DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-03 LAST UPDATED: 2021-06-03 DEADLINE: 2021-07-03

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

Hazırda TBC Kredit BOKT Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. 

Öhdəliklər:

• ARMB-nın tələblərinə, habelə beynəlxalq maliyyə standartlarına (İFRS) uyğun olaraq Təşkilatın kredit portfeli üzrə ehtiyatların hesablanması, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
• Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azaldılması məqsədilə təkliflərin verilməsi;
• Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
• Risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
• Təşkilatda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq/rüblük/illik hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.
İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.

Dil bilikləri: Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməsi vacibdir.

Kompüter bilikləri:

- Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli);
- Statistik proqramları orta səviyyədə bilməsi məqsədəuyğundur.

Əlavə bacarıqlar:

- Ekonometrika və Statistika üzrə biliklərin olması məqsədəuyğundur;
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Komandada işləmək və qərarlar qəbul etmək bacarığı;
- Ünsiyyət qura bilmək bacarığı;
- Təşəbbüskarlılıq;
- Stresə davamlılıq.

Xahiş olunur ki, CV-ləri 3 iyul 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim edəsiniz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP