Junior ASP.NET CORE Proqramçı
 
JOB TITLE: Junior ASP.NET CORE Proqramçı
EMPLOYER: TIM Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-03 LAST UPDATED: N/A DEADLINE: 2021-07-03

JUNİOR ASP.NET CORE PROQRAMÇI

İş barədə məlumat

TİM Group Azərbaycan, Gürsüstan və Orta Asiyada innovativ proqram təminatlarının hazırlanması və eyni zamanda dünyanın aparıcı istehsalçıları və texnoloji şirkətləri ilə yüksək səviyyəli iş birliyi quraraq onların ən son texnoloji məhsullarının tətbiqi ilə məşğuldur.

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti Sizin individuallığınızı nümayiş etdirməyə, bacarıq və qabliyyətlərinizi həyata keçirtməyə, əvəzsiz təcrübə qazanmağa və komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.

- Verilən texniki tapşırığa uyğun .Net Core-da, Oracle verilənlər bazasında işləyən proqram təminatlarının REST API-lərinin, Microsoft Blazor Server platforması üzərində işləyəcək Web Application işlənib hazırlanması,
- Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
- Mövcud proqram təminatlarının inkişaf etdirilməsi
- Proqram təminatlarının test edilməsi
- Yeni hesabatların yazılması
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
- Komanda ilə işləmə bacarığına malik, yüksək ünsiyyət qabiliyyəti olan, motivasiyası yüksək
- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Ofis Demirchi Towers-da yerləşir

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Yaş həddi: 22-25
- Azərbaycan dilində səlis danışıq
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Obyekt yönümlü proqramlaşdırmanın üzrə ciddi biliklər
- Relyasiyalı verilənlər bazaları üzrə biliklər (Table, View, Join, Constraint, SQL sorğular, DML, DDL)
- PL/SQL bilikləri üstünlükdür
- Microsoft Blazor Server bilikləri ciddi üstünlüklükdür
- JSON, XML
- C#, Dependency Injection, Generics, Attributes, Linq
- WebApi - Controller, Actions, Routing, Filtering
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq

CV-nizi info@timgroup.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda "Junior ASP.NET CORE Proqramçı" qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP