Aparıcı mühasib
 
JOB TITLE: Aparıcı mühasib
EMPLOYER: BERC Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-04 LAST UPDATED: N/A DEADLINE: 2021-07-04

Şirkətin adı: BERC GROUP MMC

Vakansiya: Aparıcı mühasib
İş yeri: Bakı
Əmək haqqı: 1200 manat
Son tarix : 30.06.2021
E-poçt: hr@bercgroup.az
Sayt: www.bercgroup.az
Tel: +994 12 555 14 85, +994 50 555 14 85
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,Tbilisi prospekti ,3007-ci məhəllə,44C

İş barədə məlumat:

- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılması;
- Müəssisə (istehsal müəssisəsi) tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsi;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Şöbənin xidmət göstərdiyi müştərilərlə işin təşkili;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması;
- Maliyyə hesabatların tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması.

Tələblər:

- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi;
- Yaş: 25-35 yaş;
- 1C/8.3 proqramı yüksək səviyyədə bilmək;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yaxşı səviyyədə bilmək;
- Problemləri həll etmə, vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;

İş şəraiti:

- AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
- İş qrafiki: Həftənin 5 günü
- Əmək haqqı: 1200 manat

Qeyd: Namizədin bilik və bacarıqlarına, həmçinin ixtisaslaşma dərəcəsinə əsasən əmək haqqı qarşılıqlı razılaşma əsasında 20%-ə dək dəyişiklik edilməklə razılaşdırıla bilər.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@bercgroup.az elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP