Kiçik Hüquqşünas
 
JOB TITLE: Kiçik Hüquqşünas
EMPLOYER: FINCA Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-04 LAST UPDATED: N/A DEADLINE: 2021-07-04

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı daxili və xarici müştərilərə hüquq xidmətinin göstərilməsi işinin daha da təkmilləşdirilməsi eləcə də, fəaliyyət şəbəkəsinin böyüməsi, yeni filial və ofislərin yaradılmasına ilə əlaqədar olaraq artan zərurətin təmin edilməsi məqsədi ilə BAŞ OFİS üçün KİÇİK HÜQUQŞÜNAS vəzifəsinə müvafiq təcrübəyə, bacarığa və qabiliyyətə malik işçi axtarır.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

• Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində, müxtəlif növ müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanmasında və ya nəzərdən keçirilməsində, o cümlədən Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.

Tələblər:

• Hüquqşünaslıq və ya digər analojı ixtisaslar üzrə üzrə bakalavr dərəcəsi;
• İş təcrübəsi tələb edilmir;
• Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 05 iyul 2021ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Kiçik Hüquqşünas qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP