IT şöbəsinin rəhbəri / IT Manager
 
JOB TITLE: IT şöbəsinin rəhbəri / IT Manager
EMPLOYER: Gilan Tekstil Park DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-04 LAST UPDATED: N/A DEADLINE: 2021-07-04

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

VAKANSİYA: İT (İnformasiya texnologiyaları) ŞÖBƏSİNİN RƏHBƏRİ /İT MANAGER

DEPARTAMENT/ŞÖBƏ: ADMİN/İT (İnformasiya texnologiyaları) şöbəsi
ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• Şirkətə bağlı bütün İT əməliyyatlarına nəzarət etmək
• Şirkətin İT tələblərini və ehtiyaclarını analiz etmək və müəyyənləşdirmək
• Korporativ strategiyalarına uyğun olan effektiv İT həllərini və siyasətlərini hazırlamaq və qurmaq
• İT şöbəsinin keyfiyyətli performansı üçün onları yeni texnoloji avadanlıqlarla və proqramlarla təmin etmək
• Şirkətin büdcəsinə uyğun olan İT sistemlərinin və işçilərinin səmərəli fəaliyyətini təmin etmək
• Biznes hədəflərini praktik və texniki həllərə çevirmək

NAMİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil və ya magistr dərəcəsi
• İT sahəsində ən azı 10 illik iş təcrübəsi
• İT rəhbər vəzifəsində ən azı 5 illik təcrübə
• İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri üzrə biliklərin olması;
• Windows Server əməliyyat sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;
• Active Directory, DNS, DHCP, Group Policies, File Server, Exchange Server, Korporativ Antivirus sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;
• Azərbaycan, rus və texniki ingilis sərbəst dil bilikləri;
• İT və İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
• Microsoft Windows Server 2012R2-2016( AD DS, GPO, DHCP, DNS, WSUS, IIS, IIS ARR, Hyper-V,VmWare Failover Cluster, Print Server, File Server, DFS, RDS, ADFS, WSUS), Microsoft Exchange 2013,Linux,KES, Veeam; system bilikləriu
• TCP/IP, 802.1Q, OSPF, NAT,PAT,модель OSI, VPN. bilirkləri
• Videoizləmə sistemləri bilikləri

İŞ SAATI

• Həftə ərzində 5 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP