Data Analitikası üzrə Kiçik Mütəxəssis
 
JOB TITLE: Data Analitikası üzrə Kiçik Mütəxəssis
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-04 LAST UPDATED: N/A DEADLINE: 2021-07-04



Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Data Analitikası üzrə Kiçik Mütəxəssis

Vəzifə öhdəlikləri

- Sahə işçiləri tərəfindən həyata keçirilən “Farm ERP” proqram təminatına məlumat daxil etmə prosesinin optimallaşdırılması
- “Farm ERP” proqram təminatına daxil edilmiş məlumatlardakı səhvlərin aradan qaldırılması üçün sahə işçiləri ilə birgə işləmək
- Sahə işçilərin fəaliyyət nəticələrinin qiymətləndirilməsi prosesində “Farm ERP” proqram məlumatlarından istifadə edilməsi və prosesin avtomatlaşdırılmasında iştirak
- Daxil edilmiş məlumatların statistik metodlardan istifadə edərək nəticələri təhlil edilməsində iştirak
- Məlumat bazasında olan müxtəlif tip məlumatların qrafik və diaqramlar vasitəsilə vizuallaşdırılmasında iştirak
- Toplanmış məlumatlar üzrə aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsində iştirak

Tələblər

• Ali təhsil
• Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• Analitik düşüncə qabiliyyəti;
• Komanda şəklində işləmə bacarığı;
• Proqnoz və nəticələrin effektiv vizuallaşdırılması üzrə biliklər
• Yüksək səviyyədə “MS Excel” biliyi;
• Power BI və digər analitik tool-larla işləmək bacarığı üstünlükdür

İş şəraiti

- İş yeri – Türkan əməliyyat ofisi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Data Analitikası üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP