İnsan Resursları Departamentinin Kadrlar üzrə Aparıcı Mütəxəssisi
 
JOB TITLE: İnsan Resursları Departamentinin Kadrlar üzrə Aparıcı Mütəxəssisi
EMPLOYER: AS Group Investment LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-04 LAST UPDATED: N/A DEADLINE: 2021-07-04

Müəssisənin adı: “Fresh Logistics” MMC
Vəzifə: İnsan Resursları Departamentinin Kadrlar üzrə Aparıcı Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, vəzifə dəyişiklikləri, işdən azad edilməsi, müavinətlər, xəstəlik vərəqələri və s. sənədlərinin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və işçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və tələb olunan dəyişikliklərin edilməsi;
• İşçilərin məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin uçotunun aparılması və məzuniyyətlərin qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
• Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilməsi.

Tələb olunan göstəricilər:

• Ali təhsil;
• Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
• Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
• Əla səviyyədə Azərbaycan dili biliyi;
• MS Office proqramları (Excel bilikləri yüksək olmaqla) üzrə biliklər;
• Yüksək səviyyədə yazılı və şifahi üsnsiyyətqurma bacarığı;
• Detallara qarşı diqqətlilik, məsuliyyətlilik;
• Kargüzarlıq qaydaları üzrə bilik və təcrübənin olması.

İş şəraiti barədə məlumat:

• İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
• İş yeri: Suraxanı rayonu, Hövsan qəsəbəsi
• Nəqliyyat: Gediş-gəliş üçün nəqliyyat vasitəsi şirkət tərəfindən (servis avtobusu) təmin edilir

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Kadrlar üzrə Aparıcı Mütəxəssis”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP