Mühasib asistent
 
JOB TITLE: Mühasib asistent
EMPLOYER: Grand Motors Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-04 LAST UPDATED: N/A DEADLINE: 2021-07-04



Şirkət: Grand Motors Company QSC
Vəzifə: Mühasib asistent

Vəzifə öhdəlikləri:

- E-qaimə və invoysları hazırlamaq
- Rəsmi sənədlərin reyestrini aparmaq ( müqavilə, e-qaimə, YGB, hesab, faktura )
- Internet Bankinqlə işləmək
- Bank çıxarışlarını 1C proqramına işləmək
- Alış sənədləri (e-qaimə ) üzrə malların proqramla uyğunluğunu yoxlamaq ve e-qaimələri təsdiq etmək
- Təhtəl hesabatların qəbulu və proqrama işlənməsi
- Debitor və kreditorlarla üzləşmənin aparılması
- Tenderdə iştirak üçün tələb olunan sənədlərin müvafiq orqanalrdan alınması

Namizədə dair tələblər:

- Ali təhsil ( mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi )
- Vəzifə üzrə 2 il və yuxarı iş təcrübəsi
- 22-30 yaş aralığı
- Rus dili arzu olunandır
- Microsoft office və 1C proqramları üzrə bacarıqlar

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
- Ə/h: 700 azn

Maraqlanan namizədlər mövzu yerində “Mühasib asistent ” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP