Xarici satınalmalar üzrə mütəxəssis
 
JOB TITLE: Xarici satınalmalar üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-04 LAST UPDATED: N/A DEADLINE: 2021-06-21

İşin adı: “Xarici satınalmalar üzrə mütəxəssis

İş yeri: Qaradağ ray.
İş təcrübəsi: 2 ilə qədər
Əmək haqqı: 1000-1200 AZN
İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

• Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin yoxlanılması və alışlara nəzarət
• Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
• Lazımi materialları / xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
• Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
• Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
• Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
• Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
• Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
• Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
• Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
• Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Namizədə tələblər:

• Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
• Kompüter bacarıqları: MS Office proqramları
• İş təcrübəsi əlaqəli sahədə 1 ildən 3 ilə qədər;
• İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə
• 5 günlük iş grafiki, ünvan Qaradağ ray.(servis mövcuddur)

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını hr@moderngroup.az e-mail ünvanına 20.06.2021 ci il tarixinə qədər mövzu yerində “Xarici satınalmalar üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP