İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: Siyazan Broiler DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-07 LAST UPDATED: N/A DEADLINE: 2021-07-07

Şirkət: “Siyəzən Broyler“ ASC

Vakansiya: İnsan resursları üzrə mütəxəssis

Tələblər:

• Yaş: 21-35;
• Təhsil: Ali təhsil;
• Təcrübə: Minimum 1 il (İstehsalat təcrübəsi üstünlükdür);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
• Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
• Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı;
• Peşəkar ünsiyyət bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• İşində məsuliyyətli və dəqiq olmalı.

Vəzifə öhdəlikləri:

• İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
• İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılmasıvə məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi;
• Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi.

İş şəraiti:

• İş qrafiki: 09:00-18:00
• Ünvan : Siyəzən rayonu ərazisi
• Əmək haqqı: 500-700 AZN
• Nahar və servis şirkət tərəfindən təmin olunur.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@siyazanbroiler.com elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün (+994) 55 500 54 12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP