Satış Auditi
 
JOB TITLE: Satış Auditi
EMPLOYER: A+Co ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-07 LAST UPDATED: N/A DEADLINE: 2021-07-07

“A+CO” ASC şirkəti Bakı, Gəncə və Bərdə regionları üzrə “Satış Auditi” vəzifəsinə işçi axtarışı elan edir.

Tələblər:

• Müvafiq sahədə ali təhsil (Maliyyə, Kommersiya, İqtisadiyyat və s. sahələrdə);
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Səlis Azərbaycan dili bilikləri, yaxşı səviyyədə yazı qabiliyyəti;
• İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri;
• Şəxsi avtomobilin olması vacibdir (yanacaq Şirkət tərəfindən təmin edilir)

Vəzifə öhdəlikləri:

• Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
• Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
• Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
• Ərazidə inventarların yoxlanışı və raportlanması; Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
• İsti satış sistemi ilə çalışan maşın qalıqlarının sayımları və raportlanması;
• Şirkətin proqramlarından istifadə edərək yüklü satışları və şübhəli iadələri izləmək və uyğunsuzluqları raportlamaq.
• Marketlərdə rəflərdə məhsulların son istifadə tarixinin və etiketinin yoxlanılması və raportlanması;
• Kommersiya Departamentinin şübhəli bildiyi əməliyyatlar barədə Auditora yönləndirilmiş məlumatların yoxlanılması;
• Aylıq, illik sayımlarda iştirak etmək;
• Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

İş şəraiti:

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Satış Auditi" və çalışmaq istədiyi müvafiq regionu qeyd edərək hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP