Mağaza müdiri
 
JOB TITLE: Mağaza müdiri
EMPLOYER: Pate Patisserie DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-07 LAST UPDATED: 2021-06-08 DEADLINE: 2021-07-07

Mağazada (patisserie) müdiri

Vəzifə öhdəlikləri:

• Personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək və həll etmək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
• Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və təlim keçmək;
• Mağazada xidmət standartlarının həyata keçirilməsi;
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
• Mağazada satılacaq məhsulların sifarişini formalaşdırmaq və vaxtında istehsalat bölümünə təqdim etmək

Tələblər

- İş təcrübəsi 5 il
- Yaş 30 - 50
- Ali təhsil arzu olunandır
- Həmin sektorda ən azı 3 – 4 il təcrübə arzuolunandır
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (əla)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)

İş rejimi və əmək haqqı:

• Həftədə 6 gün, saat 09:00-18:00 (müştəri ehtiyacına görə iş saatı dəyişkən ola bilər)
• Təcrübəyə görə sabit əmək haqqı və satışdan təyin olunacaq faiz

Maraqı olan şəxslər CV-ni "Mağaza Müdiri" başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: info@pate.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP