Qəbuledici
 
JOB TITLE: Qəbuledici
EMPLOYER: Performance Center Co DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-07 LAST UPDATED: N/A DEADLINE: 2021-07-07

“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Servis bölməsinə “Qəbuledici “ vəzifəsinə vakansiya elan edir.

Vəzifələr:

• Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
• Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
• Avtomobilin təmirinin icrasına nəzarət;
• Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;

Tələblər:

• Ali təhsil ( ali texniki təhsili olanlara üstünlük veriləcəkdir)
• Yaş: 23-35
• Müvafiq sahədə 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dilini səlist (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir)
• Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
• Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

Əlavə məlumat:

• İş günləri: həftədə 6 gün
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 700-1000 AZN
• Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar 300-500 AZN

Namizədlərdən öz tərcümeyi-halını hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP