İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis
 
JOB TITLE: İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis
EMPLOYER: PASHA Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-07 LAST UPDATED: 2021-06-07 DEADLINE: 2021-06-29

“PAŞA Sığorta” ASC namizədləri İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Əsas vəzifə və öhdəliklər:

• Şəbəkə, kompüter sistemləri, və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə gündəlik monitorinqinin aparılması təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün yoxlamaların aparılması və hesabatın hazırlanması;
• İnformasiya Sistemlərində istifadəçilərin və administratorların müvafiq sistemə daxil olmasına və səlahiyyətlərinə nəzarət edilməsi;
• Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etmək;
• İnfrastruktur üzrə olan monitorinq sistemlərinə və hadisələrin qeydiyyat jurnallarına daimi nəzarət etmək;
• Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş sistemlərin gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi;
• Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

• İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi üzrə ali təhsil;
• Dil bilikləri: Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə olması;
• Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə biliklər;
• Təhlükəsizliyin təmin edilməsi əsas sistemlərinin iş prinsiplərini bilmək;
• Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya, və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
• Java, C#, Python, Javascript, proqramlaşdırma dillərini bilmək arzuolunandır;
• OWASP metodologiyası, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrin biri ilə tanış olması arzuolunandır;
• Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı;
• Müvafiq situasiyalarda səbirli və soyuqqanlı davranmaq.

TƏCRÜBƏ

• İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;

Son müraciət tarixi: 28 iyun, 2021-ci il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP