Eduteyner (Adventure park)
 
JOB TITLE: Eduteyner (Adventure park)
EMPLOYER: Caspian Entertainment Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-08 LAST UPDATED: 2021-06-08 DEADLINE: 2021-07-08

EDUTEYNER (Adventure park)

3 yaşdan yuxarı ziyarətçilər üçün İp parkına və dırmanma divarlarına yönəldirilməsindən məsul olmaq, təhlükəsizlik və lazımi texnika üçün əsas təlimlər vermək, ziyarətçilərə təcrübələri zamanı kömək etmək və onların təhlükəsizliyinə nəzarət etmək, həmçinin ziyarətçilərin təhlükəsizliyi üçün təsisin və ona aid avadanlıqların düzgün istifadəsini təmin etmək.

ƏSAS İŞ FUNKSİYALARI:

• Qonaqlara təlimatlar vermək və onları təcrübə üçün təhlükəsizlik təchizatları ilə hazırlamaq
• İstirahət fəaliyyətində iştirak edənlərə prinsipləri, texnikaları və təhlükəsizlik prosedurlarını izah etmək və material və avadanlıqlardan istifadəni nümayiş etdirmək.
• Ziyarətçilərin təcrübələri zamanı onlara nəzarət və kömək etmək. Onların hərəkətini izləyib marşrutu təhlükəsiz sonlandırmağa yönəltmək.
• Bütün obyekt əşyaları və avadanlıqlarının istifadə üçün təhlükəsiz olduğunu yoxlamaq.
• Yaralanmanın qarşısını almaq üçün təhlükəsizlik qaydalarına riayət etmək.
• Texnika, düzgün forma və avadanlıqların aşınmasına xüsusi diqqət yetirərək ziyarətçilərin təhlükəsizliyini təmin etmək
• Səliqəli bir fəaliyyət və təhlükəsiz bir mühitin qorunması üçün fəaliyyət addımlarını, qaydalarını və təhlükəsizlik təlimatlarını izah etmək üçün fərdlər və qruplarla aydın şəkildə əlaqə qurmaq
• Təyin edilmiş digər vəzifələri yerinə yetirmək.

BACARIQLAR:

• Qalxma, qaldırma, tarazlaşdırma, yerimək, əyilmək və materiallarla işləmək kimi qol və ayaqların əhəmiyyətli dərəcədə istifadəsini və bütün bədəni hərəkət etdirməyi tələb edən fiziki fəaliyyətlər göstərmək bacarığı
• Fəaliyyətlərin nümayiş etdirilməsində hərəkətliliyi təmin etmək üçün fiziki cəhətdən kifayət qədər uyğun olmaq
• 25 25 kq-a qədər qaldırmaq və daşımaq bacarığı.
• Yaxşı ünsiyyət qurmaq, aydın təlimat vermək, iştirakçıları həvəsləndirmək, asayişi və təhlükəsizliyi qorumaq bacarığı.
• Fəaliyyətləri planlaşdırarkən çevik olmaq və planları dəyişən şərtlərə və hər bir müştərinin ehtiyaclarına uyğunlaşdırmaq bacarığı.
• Güclü problem həll etmə bacarıqlarığı.
• Növbə rejimi ilə, həftəsonları forma ilə və səy tələb edən müştərilərlə işləmə bacarığı (yetkinlər və uşaqlar)
• Uzun iş saatları oturmadan ayaqüstə vəziyyətdə dayanmaq
• Davamlı öyrənmə prosesi üçün müxtəlif biznes vahidlərinə və şöbələrə dəstək və öyrənmə üçün həvəsli olmaq
• Kiçik fasilələrlə təkrarlanan işi həyata keçirmək

ÜSTÜNLÜK VERİLİR:

• İdman sahəsində diplom və ya ona bərabər tutulan sənəd.
• Uşaqlarla iş, qrup liderliyi və ya tədris təcrübəsinin olması.
• Əvvəlki dırmaşma təhsili və təcrübələrinə dair sertifikat.
• İlk Yardım sertifikatı

İş yeri: Bilgəh qəsəbəsi, Şüvəlan

E-mail – hr@caspianentertainment.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP