Əməliyyat üzrə Mütəxəssis / Kiçik Mütəxəssis (Korporativ müştərilərə xidmət üzrə)
 
JOB TITLE: Əməliyyat üzrə Mütəxəssis / Kiçik Mütəxəssis (Korporativ müştərilərə xidmət üzrə)
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-08 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23

Əməliyyat üzrə Mütəxəssis / Kiçik Mütəxəssis (Korporativ müştərilərə xidmət üzrə)

Vəzifənin məqsədi

Filial daxilində yüksək xidmətin (əməliyyatlar) təqdim olunmasına görə məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri

• Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi.
• Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması
• Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması
• Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması.
• Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi
• Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası.
• İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi
• Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi.
• Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi.
• Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması.
• Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi.
• Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi
• Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq
• Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
• Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
• Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
• Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
• Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.06.2021-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Əməliyyat üzrə Mütəxəssis / Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP