Texniki menecer
 
JOB TITLE: Texniki menecer
EMPLOYER: AGA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-09 LAST UPDATED: N/A DEADLINE: 2021-07-09

AGA GroupTexniki menecer” vakansiyası elan edir

Tələblər

• Ali təhsil (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
• Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı.
• Kompyuter bilikləri - Autocad proqramlarını mükəmməl bilmək;
• Analoji sahədə minimum 3 il iş təcrübəsinə malik;
• Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq;
• Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
• Müştərilərlə müştəri məmnuniyyəti prinsipi əsasında ünsiyyət prossesini təşkil etmək;
• Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
• Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
• Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
• Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək;
• Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
• Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
• Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin etmək;
• Binanın mövcud nasosxana qurğularında yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət etmək.

Müraciət etmək istəyən namizədlər CV-lərini vakansiya@agagroup.az e-mail ünvanına mövzu hissəsinə “Texniki menecer” qeyd edərək göndərə bilərsiniz.

Ünvan : Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP