Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi
 
JOB TITLE: Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi
EMPLOYER: Ricon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-09 LAST UPDATED: N/A DEADLINE: 2021-07-09

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi

Namizədlər aşağıda göstərilənləri bilməlidir:

• Torpaqların melorasiya və suvarma qaydalarını və normalarını;
• Hidrotexniki qurğuların, su hovuzlarının, bəndlərin və s. sudanmühafizə qurğularının tikinti-quraşdırma qaydalarını;
• Hidrotexniki qurğuların və bəndlərin mövsüm təmirlərinin yerinə yetirilməsini;
• Melorasiya üzrə texniki avadanlıqların, qurğuların layihələndirilməsinin və alışının təşkili qaydalarını;
• Təsərrüfatlarda suvarma suyundan istifadə qaydalarını və sudan istifadə qrafiklərinin hazırlama prinsiplərini;
• Damlama, yeraltı damlama, damcılama, yağış yağdırma və s. üsullarla ilə bitkilərin suvarma normalarını, qaydalarını və həmin avadanlıqların tətbiqi qaydalarını;
• Suvarma avadanlıqlarına tələb olunan ehtiyat hissələrinin sifarişi və təmiri qaydalarını;
• Təsərrüfatlar üzrə torpaqların qurudulması, suvarılması və melorasiya olunmasının planlaşdırılmasını;
• Hovuzların, boru xəttlərinin və su bəndlərinin cari və əsaslı təmiri qaydalarını;
• Nasos avadanlıqlarının təmiri və seçimi aqydalarını;
• Suvarma sistemləri, suvarma qurğularının, boru xəttlərinin layihələndirilməsi üçün texniki tapşırıqların hazırlanması qaydalarını;
• Yeni tikilmiş hidrotexnik və melorasiya qurğularının istismara qəbul qaydalarını;
• Hidrotexniki qurğularda qəzaların aradan qaldırılması, təhlükəsiz istismar və əməyin mühafizə qaydalarını.

Namizədə tələblər

- Yaş: 35-65
- Təhsil: Ali təhsil
- Təcrübə: Aidiyyati sahədə 7 ildən çox iş təcrübəsi
- Kompüter bilikləri: AutoCAD, Microsoft Office və s.
- İşində məsuliyyətli və dəqiq olmalı
- Əmək haqqı bacarıq və biliklərə görə dəyişir

Maraqlanan şəxslər CV formalarını mövzu yerində "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi" qeyd edərək hr@ricon.az ünvanına göndərsinlər xahiş edirəm.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP