Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi
 
JOB TITLE: Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-09 LAST UPDATED: N/A DEADLINE: 2021-06-16

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Vəzifə: Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 15.06.2021

Vəzifə Öhdəlikləri:

1. Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
2. Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
3. Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
4. Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verilməsi;
5. Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
6. Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
7. Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb olunmur
Təhsili/ixtisası: Maliyyə və İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
Kompüter bilikləri: MS Office: əla
Üstünlüklər: SQL və Power BI bilikləri, ACCA sertifkatının (F3, F7) olması.
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP