Layihə Meneceri - İnşaatçı Mühəndis
 
JOB TITLE: Layihə Meneceri - İnşaatçı Mühəndis
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-09 LAST UPDATED: N/A DEADLINE: 2021-07-09

Vəzifə: Layihə Meneceri - İnşaatçı Mühəndis
İşəgötürən: Qartal Tikinti Firması
İş yeri: Sumqayıt şəhərində yerləşən baş ofisdə olmaqla, layihələrdən asılı olaraq işçi Azərbaycan ərazisi və Xəzər dənizindəki neft platformalarına ezam oluna bilər
Əmək haqqı: 700-1500 AZN

Tələblər:

1. Minimum 5 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
2. İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
3. Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
4. İngilis dilini bilməsi arzuolunandır;
5. Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
6. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
7. B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

İş haqqında məlumat:

1. BP şirkəti, SOCAR-ın struktur bölümləri və digər sifarişçilərin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması, uyğun qiymət təklifinin verilməsi və sahədə işlərə rəhbərlik edilməsi;
2. Tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
3. İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
4. Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
5. Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İşçi üçün şərait:

1. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
3. Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
4. İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində “Layihə Meneceri - İnşaatçı Mühəndis” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP